Sizə uyğun xidmətlər

Vəziyyətinizə uyğun seans formatını seçin. Hər biri üçün sertifikatlı psixoloq tapırıq.

Fərdi terapiya

Tək-tək söhbət

Narahatlıq, depressiya, özünə güvən, həyat qərarları. Bir psixoloqla, sizə uyğun tempdə.

  • 50 dəqiqəlik seans
  • İlk görüş pulsuz
  • Həftəlik və ya 2 həftədə bir

Cütlük və ailə

Birlikdə qoşulun

Anlaşılmama, etibar problemi, valideynlik. Hər iki tərəf eşidilir, mütəxəssis tərəf saxlamır.

  • Cütlük və ya ailə birgə
  • Münaqişə həlli
  • Etibarın bərpası

Qrup seansları

Eyni mövzuda birlikdə

Eyni problemi yaşayanlarla 8-12 nəfərlik kiçik qrup. Psixoloq idarə edir.

  • 8-12 nəfərlik qrup
  • Həftəlik 90 dəq
  • Tematik mövzular

Akut dəstək

Çətin anlarda

Travma, kəskin stress, panik. Operator komandamız sizə uyğun psixoloqu qısa müddətdə tapır.

  • Tezliklə cavab
  • Kəskin sessiyalar
  • Davamlı plan

Yeniyetmələr və valideynlər

13–18 yaş

13–18 yaş gənclər üçün ayrı yanaşma. Valideynlər üçün də ayrı dəstək.

  • Yaşa uyğun yanaşma
  • Valideyn iclasları
  • Məktəb əlaqəsi

Təlimlər

Maarifləndirici və elmi

Psixologiya mövzularında iki formatda təlim keçirilir — kimin qoşula biləcəyi və ödəniş forması təlimdən asılı olaraq dəyişir.

  • Maarifləndirici: hamı qoşula bilər
  • Elmi: yalnız psixoloq və psixologiya tələbələri üçün
  • Pulsuz və ödənişli təlimlər

Hər xidmət nə üçündür

Vəziyyətinizə uyğun formatı seçin. Hər birinin kimə uyğun olduğunu və seansda nələr baş verdiyini aşağıda görə bilərsiniz.

Tək-tək söhbət

Fərdi terapiya

Narahatlıq, depressiya, özünə güvən, həyat qərarları. Bir psixoloqla, sizə uyğun tempdə.

Kimə uyğundur

Narahatlıq, əhval düşkünlüyü, özünə güvən və ya həyat qərarları ətrafında öz tempinizdə, təkbaşına danışmaq istəyəndə.

Seansda nə olur

Psixoloqla 50 dəqiqəlik onlayn söhbət. Vəziyyəti birlikdə aydınlaşdırır, sizə uyğun addımlar üzərində işləyirsiniz. Mövzunu və tempi siz müəyyən edirsiniz.

  • 50 dəqiqəlik seans
  • İlk görüş pulsuz
  • Həftəlik və ya 2 həftədə bir
Birlikdə qoşulun

Cütlük və ailə

Anlaşılmama, etibar problemi, valideynlik. Hər iki tərəf eşidilir, mütəxəssis tərəf saxlamır.

Kimə uyğundur

Anlaşılmazlıq, etibar məsələsi və ya valideynlik çətinlikləri yaşananda və hər iki tərəf birlikdə həll yolu axtaranda.

Seansda nə olur

Hər iki tərəf eyni seansda iştirak edir və eşidilir. Mütəxəssis tərəf tutmur: ünsiyyətin harada ilişdiyini göstərir və razılaşmağa kömək edir.

  • Cütlük və ya ailə birgə
  • Münaqişə həlli
  • Etibarın bərpası
Eyni mövzuda birlikdə

Qrup seansları

Eyni problemi yaşayanlarla 8-12 nəfərlik kiçik qrup. Psixoloq idarə edir.

Kimə uyğundur

Eyni mövzunu yaşayanlarla bir yerdə olmaq və təcrübə bölüşmək istəyəndə.

Seansda nə olur

8-12 nəfərlik kiçik qrup həftədə bir dəfə 90 dəqiqə toplaşır. Müzakirəni psixoloq idarə edir, mövzu əvvəlcədən bəllidir.

  • 8-12 nəfərlik qrup
  • Həftəlik 90 dəq
  • Tematik mövzular
Çətin anlarda

Akut dəstək

Travma, kəskin stress, panik. Operator komandamız sizə uyğun psixoloqu qısa müddətdə tapır.

Kimə uyğundur

Travma, kəskin stress və ya panik kimi çətin anlarda tez dəstək lazım olanda.

Seansda nə olur

Müraciətinizi operator komandamız qəbul edir və qısa müddətdə sizə uyğun psixoloqu tapır. Kəskin dövrdən sonra davamlı plan qurulur.

  • Tezliklə cavab
  • Kəskin sessiyalar
  • Davamlı plan

Həyatınız və ya başqasının həyatı təhlükədədirsə, dərhal 112-yə zəng edin. Fanus təcili tibbi xidməti əvəz etmir.

13–18 yaş

Yeniyetmələr və valideynlər

13–18 yaş gənclər üçün ayrı yanaşma. Valideynlər üçün də ayrı dəstək.

Kimə uyğundur

Yeniyetmənin davranışı dəyişəndə, ünsiyyət çətinləşəndə və ya valideynə dəstək lazım olanda.

Seansda nə olur

Gənc üçün yaşa uyğun yanaşma, valideynlər üçün ayrıca görüşlər. Lazım gələndə məktəblə əlaqə qurulur.

  • Yaşa uyğun yanaşma
  • Valideyn iclasları
  • Məktəb əlaqəsi
Maarifləndirici və elmi

Təlimlər

Psixologiya mövzularında iki formatda təlim keçirilir — kimin qoşula biləcəyi və ödəniş forması təlimdən asılı olaraq dəyişir.

Kimə uyğundur

Psixologiya mövzularında maarifləndirici və elmi biliklər əldə etmək istəyəndə.

Seansda nə olur

Təlimlər iki formatda keçirilir: pulsuz və ödənişli. Kimin qoşula biləcəyi və ödəniş forması təlimdən asılıdır.

  • Maarifləndirici: hamı qoşula bilər
  • Elmi: yalnız psixoloq və psixologiya tələbələri üçün
  • Pulsuz və ödənişli təlimlər

Hansını seçəcəyinizi bilmirsiniz?

Müraciət göndərin: operator komandamız sizinlə əlaqə saxlayıb uyğun psixoloqu tapsın.

Üç addımda başlayın

1

Müraciət

Nə üçün gəldiyinizi bir neçə cümlə yazın. 3 dəqiqə.

2

Sizə uyğun psixoloq

Müraciətinizi nəzərdən keçirir, sizə uyğun mütəxəssisi müəyyən edirik. İlk 15 dəqiqə pulsuz.

3

Seans

Link e-poçtunuza gəlir. Klikləyin, qoşulun. Tətbiq endirmək lazım deyil.

Tez-tez verilən suallar

Sualınızı tapmadınız? Bizə yazın, cavab verək.

Bizə yazın

Tədqiqatlar göstərir ki, peşəkar psixoloqla aparılan onlayn seanslar effektivlik baxımından klinik müayinələrlə müqayisə oluna bilir. Üstəlik öz mühitinizdə daha açıq danışmaq mümkün olur, yol və gözləmə vaxtı sıfırdır.

Bəli. Seans qeydləri saxlanmır. Şəxsi məlumatlarınız üçüncü tərəflərlə paylaşılmır. İstədiyiniz vaxt anonim profil yarada və ya hesabınızı silə bilərsiniz.

Standart seans 50 dəqiqədir. Qiymət psixoloqdan asılı olaraq dəyişir — hər mütəxəssisin profilində açıq göstərilib. Seçdiyiniz psixoloqla ilk 15 dəqiqəlik tanışlıq görüşü pulsuzdur.

Qısa müraciətinizi operator komandamız oxuyur — alqoritm yox, insan. Ehtiyacınıza, dilinizə və büdcənizə uyğun mütəxəssisi qısa müddətdə təklif edirik. İlk tanışlıq görüşündən sonra istəyirsinizsə başqa psixoloqa keçə bilərsiniz.

Bəli. Seansdan ən az 12 saat əvvəl ödənişsiz dəyişdirə bilərsiniz. Daha gec ləğvlərdə ödənişin müəyyən hissəsi tutulur — dəqiq qaydalar müraciət təsdiqi anında göstərilir.

Narahatlıq, depressiya, münasibət problemləri, travma, tükənmişlik, yuxu pozğunluğu, valideynlik stresi, asılılıqlar. Əmin deyilsinizsə — qısa müraciət göndərin, operator komandamız sizə uyğun mütəxəssisi yönləndirəcək.

Hər psixoloqun profilində çalışdığı dillər (Azərbaycan, rus, ingilis, Türkiyə türkcəsi) göstərilib. Müraciətinizdə üstünlük verdiyiniz dili qeyd edirsiniz.

Video zəng linki seansdan əvvəl e-poçt və SMS ilə gəlir. Bağlantı kəsilərsə WhatsApp-dan bizə yazın — mütəxəssislərimiz onlayn şəkildə, dərhal dəstək olur; operator psixoloqla əlaqə saxlayır və ya seansı yenidən planlaşdırır. Heç nə endirmək lazım deyil — link brauzerdə açılır.

Seanslar Zoom və ya Google Meet üzərindən aparılır. Müraciətinizi təsdiqləyəndə operator sizinlə razılaşır — hansı platforma sizin üçün rahatdırsa, onu seçirik. Link seansdan əvvəl e-poçt və SMS ilə gəlir.

Xeyr. Mütəxəssis sizdən, siz də mütəxəssisdən şəxsi nömrə ala bilməzsiniz. Bütün əlaqə Fanus əməkdaşları vasitəsilə qurulur — bu, prosesin nəzarətdə qalması və sizə lazım olan dəstəyin tam verilməsi üçündür. Sual və ya problem yaranarsa, bizə yazın.